"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ
10 iyun 2025 16:26 (UTC +04:00)

"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ

Sabiq təhsil naziri Misir Mərdanov səhhətində problem yaranması ilə bağlı yayılan xəbərlərlə aydınlıq gətirib.

Bu barədə Lent.az-a danışan M.Mərdanov bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Yoldaşımı analiz verməsi üçün xəstəxanaya aparmışdım. Yəqin ki, kimsə məni orada görüb və özündən belə bir dezinformasiya yayıb. 

İndi evdə işimin başındayam. Yoldaşım da, özüm də yaxşıyam. Yalan məlumatlara inanmayın”,- deyə sabiq nazir vurğulayıb.

***

saat 16:00

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

Lent.az "Modern.az"a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacağam”. 

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3599

Oxşar yazılar

Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

12 avqust 2025 , 09:48