Zəlzələyə görə Bakının bəzi məktəblərində dərslər buraxıldı  - VİDEO
07 dekabr 2023 09:51 (UTC +04:00)

Zəlzələyə görə Bakının bəzi məktəblərində dərslər buraxıldı - VİDEO

Zəlzələyə görə Bakının bəzi məktəblərində dərslər buraxılıb. 

Lent.az xəbər verir ki, bəzi məktəblərdə dərslərin buraxılması, valideynlərə gəlib uşaqlarını götürmələri barədə xəbər göndərilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.

Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. 

Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.

Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.

# 4818
avatar

Oxşar yazılar