Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi  20 km/saat endirildi
28 dekabr 2025 11:59 (UTC +04:00)

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirildi

0

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Lent.az xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar