Alimlər çox nazik neyron implantlar hazırlayıblar ki, bunlar insan beynindəki fəaliyyətləri real vaxtda kompüterlərlə birləşdirə bilir.
Lent.az xəbər verir ki, bu texnologiya neyroloji xəstəliklərin müalicəsində (məsələn, iflic və Parkinson xəstəliyi) istifadə oluna, insan-kompyüter interfeyslərində yeni imkanlar yarada, gələcəkdə süni intellekt və beyin əlaqəli texnologiyaların inkişafına təkan verə bilər.
Çip beynin elektrik siqnallarını oxuyur və onları rəqəmsal məlumatlara çevirir.
Nəticədə kompüter istifadəçini real vaxtda anlamağa və ona reaksiya verməyə imkan verir.