Elektronika alarkən aldanmamaq üçün nə etməli? – Zəmanət işə yaramır
19 may 2025 17:31 (UTC +04:00)

Elektronika alarkən aldanmamaq üçün nə etməli? – Zəmanət işə yaramır

Yeni telefonlar, televizorlar, robot tozsoranlar, mikrodalğalı sobalar, noutbuklar və digər cihazlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma təəssüf ki, bu bazarda alıcıların aldanması halları da az deyil.

Bəs elektronika alarkən nə etməliyik ki, nəinki keyfiyyətsiz məhsul almayaq, hətta sonradan da onunla bağlı problem yaşamayaq?

Lent.az xəbər verir ki, ilk növbədə məhsulun haradan alınması önəm daşıyır:

Tanınmış və rəsmi şəkildə fəaliyyət göstərən, eləcə də, istehlakçı sayı daha çox olan mağazalardan alış-veriş etmək bu kimi problemlərlə daha az rastlaşmağa yardımçı olur. 

Bundan əlavə, müştərilər zəmanət məsələsinə də ciddi diqqət etməlidirlər.  

Bir çoxları məhsul alarkən zəmanətin növünə diqqət etmirlər və daha sonra cihazda yaranan problemdə şirkət onlara lazımi qədər kömək etmir. Məhsulun dəyişdirililməsini tələb edən istehlakçıya yalnız servis xidməti göstərilə biləcəklərini bildirirlər. 

Buna görə bilmək lazımdır ki, Azərbaycanda zəmanətin üç növü var. 

İlk və ən etibarlı zəmanət rəsmi istehlakçı zəmanətidir. Bu zəmanət növü məşhur brendlərin Azərbaycandakı rəsmi distribyutorları tərəfindən verilir. 

Digər zəmanət növü mağaza zəmanətidir. Bəzi elektronika mağazaları bu zəmanəti özləri verir və şərtlərini açıqlayır.
 
Elektronika alarkən hər kəsə 1 ilə qədər (bəzən məhsduldan və brenddən asılı olaraq, 2-3, hətta 5 il belə olur) servis zəmanəti verilir. 

Servis zəmanəti zamanı, ancaq mməhsul müəyyən servis mərkəzi tərəfindən təmir edilir. 

Bəs alıcılar 14 gün ərzində problemlə üzləşsələr, o zaman nə etməlidirlər?

Cihazda qısa müddət ərzində (adətən 14 gün ərzində) ciddi texniki problem yaranarsa və bu istehsal qüsuru sayılırsa, alıcı qanunvericiliyə əsasən məhsulun dəyişdirilməsini və ya pulun geri qaytarılmasını tələb edə bilər. Bunun üçün isə istehlakçıda qaimə və zəmanət sənədləri olmalıdır. Əgər mağaza məhsulun dəyişdirilməsindən, yaxud qaytarılmasından imtina edərsə, o zaman zərərçəkmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar