Tarixin ən yaxşı penaltilərini  kim vurub? - Messi və Ronaldo hətta ilk 20-liyə  düşməyib
18 noyabr 2025 09:52 (UTC +04:00)

Tarixin ən yaxşı penaltilərini kim vurub? - Messi və Ronaldo hətta ilk 20-liyə düşməyib

0

Penaltilər bəziləri üçün lotereya, bəziləri üçün isə hünərdir. Elə futbolçular var ki, penaltini zəmanətli qola çevriblər.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, mütləq birinci yerdə "Barselona"nın əfsanəsi Ronald Kumandır. O, 124 penalti vurub və 94 faizini qola çevirib. Bu, inanılmazdır.

İkinci yerdə isə 78 cəhddən 94 faiz nəticə göstərən Uqo Sançesdir.

Dieqo Maradona 58 zərbəsinin 93 faizlik nəticə ilə üçüncü yerdədir. Jan-Pyer Papen və Lyuboslav Penev isə ilk beşlikdə növbəti yerdədirlər.

Messi və Ronaldo? Onlar hətta ilk iyirmiliyə də daxil deyillər. Lakin hazırda ən yaxşı göstərici 107 zərbəsinin 89 faizi ilə Harri Keyndir.

Məlum olur ki, penalti zərbələrini dəqiq yerinə yetirməyin öz şahları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar