“Facebook” rəhbəri “Clubhouse”a bənzər audioçat yaratmağı əmr etdi
18 fevral 2021 01:14 (UTC +04:00)

“Facebook” rəhbəri “Clubhouse”a bənzər audioçat yaratmağı əmr etdi

“Facebook” şirkəti son günlər çox məşhurlaşan “Clubhouse” adlı sosial şəbəkəyə bənzəyən audioçat sistemini yaratmağı planlaşdırır. 

Lent.az “technote”a istinadən xəbər verir ki, “Facebook” rəhbəri Mark Zukerberq tərtibatçılarına bununla bağlı konkret əmr verib.

Bildirilib ki, Mark Zukerberq uzun müddətdir, səsli ünsiyyətin müxtəlif növlərini nəzərdən keçirdir. Şirkət tərəfindən hazırlanan audioçat sistemi ilkin mərhələdədir.

Qeyd edək ki, Mark fevralın 4-də “Clubhouse”da “Zuck23” ləqəbi ilə qeydiyyatdan keçib. 

Həmin günün axşamı o, “Clubhouse”da keçirilən “The Good Time Show” adlı şouda iştirak edib. Beləliklə, Zukerberq və İlon Mask kimi məşhur şəxslərin bu yeni sosial şəbəkədən istifadə etmələri “Clubhouse”un anidən məşhurlaşmasına səbəb olub. Bu sosial şəbəkə hələ 2020-ci ilin yaz fəslində ortaya çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1852

Oxşar yazılar

Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20
YouTube  videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

2 may 2025 , 13:03
"Wi-Fi" sürətini  necə yaxşılaşdırmaq olar? - Altı asan yol

"Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol

2 may 2025 , 12:00
Bu markanın milyonlarla telefonu  fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

Bu markanın milyonlarla telefonu fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

2 may 2025 , 10:50
"WhatsApp"da ilk yaşandı

"WhatsApp"da ilk yaşandı

2 may 2025 , 07:54
"Skype" tarixə qovuşur

"Skype" tarixə qovuşur

1 may 2025 , 23:59
Ən böyük smartfon istehsalçısı  AÇIQLANDI

Ən böyük smartfon istehsalçısı AÇIQLANDI

1 may 2025 , 15:08