Telefonun  orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ
02 dekabr 2022 15:36 (UTC +04:00)

Telefonun orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

“Uzun müddət telefondan istifadə boyun əyriliyinə gətirib çıxara bilər”.

Lent.az-ın məlumatına görə, bu sözləri plastik cərrah Rəşid Vəlixanov “İzvestiya”ya müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, smartfondan həddindən artıq istifadə etmək baş ağrılarına, üzdə sızanaqlara və xarici görünüşümüzdə fərqliliklərə səbəb olur.

“İnsanların çoxu smartfonu gözlərlə düzgün məsafədə saxlamırlar. Başlarını təxminən 45 dərəcə bucaq altında əyirlər. Bu isə heç də düzgün deyil. Belə vərdişlər baş ağrı yaradır. Dəridə qırışların yaranmasına, üzün formasının deformasiyasına səbəb olur”, - deyə cərrah xəbərdarlıq edib.

Vəlixanov bildirib ki, telefonları bacardıqca dezinfeksiya etmək lazımdır:

“Smartfonları əsasən antiseptiklərlə silmək vacibdir. Çünki telefon əsas bakteriya mənbəyidir. Gün ərzində hər zaman əlimizdə olur. İşdə, evdə, hər hansı başqa bir yerdə.. Daha sonra onla danışdıqda dərimizə toxunması isə qaçılmazdır. Bu da dərimizlə təmas zamanı sızanaqların kəskinləşməsi, qıcıqlanma və səpgilərin artması təhlükələrini artırır”.

# 2718
avatar

Sevinc Fərid

Oxşar yazılar