“TikTok” və “Telegram”da problemlər barədə RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
14 sentyabr 2022 16:03 (UTC +04:00)

“TikTok” və “Telegram”da problemlər barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması barədə açıqlama yayıb.  

Lent.az-a nazirlikdən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

““TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialar yalandır. Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - nazirlik bəyan edib.

Qeyd edək ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı "TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.

***

15:53

“TikTok” və “Telegram” sosial şəbəkələrinin işində müəyyən problemlər yaranıb. 

Lent.az xəbər verir ki, "Teleqram"da bəzi kanallar axtarış nəticəsində tapılmır və göndərilən mesajlara baxmaq olmur. 

“TikTok” sosial platformasında isə videoların ana səhifədə yüklənməsində gecikmələr olur. 

Məlumata görə, bunlara səbəb sosial şəbəkələr deyil. Problem bəzi internet provayderləri və  “Azərcell”, “Bakcell”, “Nar” şəbəkələrindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5931
avatar

Sevinc Fərid

Oxşar yazılar