“Whatsapp” qrup istifadəçilərinin SAYINI ARTIRDI
11 oktyabr 2022 09:38 (UTC +04:00)

“Whatsapp” qrup istifadəçilərinin SAYINI ARTIRDI

“Whatsapp” mesajlaşma proqramı daha bir yeniliyini təqdim edib. 

Lent.az xəbər verir ki, qrup çatlarındakı istifadəçi sayı artırılıb. Belə ki, müəyyən vaxt ərzində “Whatsapp” daxilindəki qrup çatlarında maksimum istifadəçi sayı 512 idi. 

Hazırda şirkət bu sayı 1024 nəfərə qədər yüksəldib. 

Onu da qeyd edək ki, bu yenilik yalnız messencerin beta versiyası üçün aktivdir. 

    
 

# 8181
avatar

Sevinc Fərid

Oxşar yazılar