Yer kürəsindən  7 min il uzaqda   yerləşən obyektin FOTOSU
24 oktyabr 2022 18:05 (UTC +04:00)

Yer kürəsindən 7 min il uzaqda yerləşən obyektin FOTOSU

“James Webb” kosmik teleskopu kainatın daha bir maraqlı obyektinin şəklini çəkib. 

Lent.az “Space” saytına istinadən xəbər verir ki, bu dəfə o “Pillars of Creation” (Yaradılış sütunları) adlı obyekti lentə alıb. 

“Yaradılış sütunları”ı Yerdən təxminən 7 min işıq ili uzaqlığında yerləşir. Təqdim olunan şəklə diqqətlə baxsaq, onun insan əlinə və ya qayalardan ibarət obyektə oxşadığını görərik. 

Məlumata görə, o soyuq qazdan və toz hissəciklərindən təşkil olunub. 

Xatırladaq ki, bu “Yaradılış sütunları”nın ilk görüntüsü deyil. Belə ki, 1995-ci ildə “Hubble” teleskopu ilə bu obyektin şəkli çəkilib. Lakin indi texnologiyanın inkişafı ilə birlikdə onun haqqında yeni informasiyalar əldə edilib. 

"Yaradılış sütunları"

Sağ tərəfdə "Hubble", sol tərəfdə “James Webb” teleskopu ilə çəkilmiş görüntüsü 
 

# 3543
avatar

Sevinc Fərid

Oxşar yazılar