Bu ölkəyə səyahət planlaşdıranlara  XƏBƏRDARLIQ: Xəstəlik yayılıb
04 iyun 2025 14:54 (UTC +04:00)

Bu ölkəyə səyahət planlaşdıranlara XƏBƏRDARLIQ: Xəstəlik yayılıb

Rusiyanın Şri-Lankadakı səfirliyi turistlər üçün çikungunya qızdırmasına yoluxma riski ilə bağlı xəbərdarlıq yayıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi və yerli virusoloqlar son 20 ildə adada çikungunya qızdırmasının ən aktiv yayılma dalğasını qeydə alıblar:

“Xəstəlik əsasən gündüzlər aktiv olan sarı qızdırma virusunu daşıyan ağcaqanadlar vasitəsilə yayılır. Simptomlar adətən dişləmədən 2-12 gün sonra üzə çıxır. Xəstəliyin əlamətlərinə oynaqlarda şiddətli ağrılar, qəfil hərarət yüksəlməsi və dəri səpkiləri aiddir.

Turistlərə tövsiyə olunur ki, ağcaqanadların evə daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələrə qoruyucu torlar quraşdırın, açıq dəriyə və geyimlərə təlimatlara uyğun şəkildə ağcaqanad əleyhinə spreylər vurun və gündüz saatlarında dərini mümkün qədər örtən paltarlar geyinin.

Həkimlər yalnız çikungunya deyil, eyni zamanda denqe qızdırması ilə bağlı da xəbərdarlıq edirlər.

Mayın əvvəlində denqe və çikungunya qızdırmalarının ölkədə səhiyyə üçün artan təhlükəyə çevrildiyi qeyd olunub.

Şri-Lanka Səhiyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvarın 1-dən etibarən ölkədə 18 749 denqe xəstəliyi halı qeydə alınıb və aramsız yağışlar səbəbindən yoluxma hallarının artma riski mövcuddur.

Ən böyük epidemioloji risk olan bölgələr:

Kolombo və ətraf ərazilər - ölkənin paytaxtı və ən böyük şəhəri, yüksək əhali sıxlığı və daimi turist axını ilə. Burada virus daha sürətlə yayılır.

Qalle və cənub-qərb sahil bölgələri - rusiyalı turistlər üçün qışda məşhur istiqamətdir. İsti və rütubətli iqlim, həmçinin bol yaşıllıq ağcaqanadlar üçün əlverişli mühit yaradır.

Trinkomali və şimal-şərq bölgələri - yay aylarında turistlər üçün aktual bölgələrdir. Bu ərazilərdə də yoluxma halları qeydə alınıb.

Xüsusilə dayanıqlı su hövzələri (göllər, gölməçələr, yığılmış su dolu qablar), yaşayışa yaxın sıx bitkililik, pis havalandırılan və ya açıq pəncərəli otaqlar xüsusi təhlükə yaradır.

Bu arada Fransada da çikungunya virusuna qarşı mübarizə aparılır. Hind okeanında yerləşən Fransaya məxsus Reyunion adasında epidemiya səbəbilə fövqəladə tədbirlər planı tətbiq olunub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar