Danimarkanın paytaxtı Kopenhagenin əsas çatışmazlıqlarından biri — xüsusilə turistlərlə dolu olan və rəngli evləri ilə tanınan Nyuhavn bölgəsindəki həddindən artıq izdihamdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, üçün səyahət təəssüratlarını bölüşən Anjela Patrone şəhərdən uzaq bölgələri araşdırmaq qərarına gəlib və bu zaman üç şəhər diqqətini cəlb edib. Maraqlıdır ki, bu şəhərlər başqa ölkədə yerləşsə də, çox da uzaqda deyildi. Söhbət İsveçin Helsingborq, Lund və Malmö şəhərlərindən gedir.
“Bu üç şəhər içərisində məni ən çox cəlb edən Malmö oldu və Kopenhagendən cəmi 25 dəqiqəlik məsafədə yerləşirdi”, – o bildirir.
Qeyd edilir ki, Malmö İsveçin üçüncü ən böyük şəhəridir və Kopenhagenlə məşhur Öresund körpüsü vasitəsilə birləşir. Bu nəhəng yol və tunel sistemi ilə birgə 8 km-lik körpü Öresund boğazı üzərindən keçir. Malmö köhnə ilə yeninin möhtəşəm vəhdətini təqdim edir. Şəhərdə həm holland intibah dövrünün binaları, həm də sahilyanı müasir tikililər yanaşı mövcuddur. Patronenin Malmödəki ilk dayanacağı şəhərin mərkəzində yerləşən geniş meydan - Stortorget olub. Burada İsveç kralı X Karl Qustavın nəhəng heykəli və möhtəşəm fəvvarə yerləşir. Meydan tarixi binalarla, o cümlədən şəhər meriyası və keçmiş sarayla əhatələnib.
Cəmi beş dəqiqəlik gəzintidən sonra o, şəhərin orta əsr meydanı sayılan Gamla Stadenə çatıb. Bu kiçik və cazibədar ərazi sosial və ünsiyyətcil insanlar üçün sevimli məkandır. Bura barlar, restoranlar və kafelərlə dolu, səliqəli və rəngarəng bir məkandır. 1592-ci ildə bazar meydanı kimi inşa edilən bu əsasən piyada zonası dövrümüzdə də daş döşəməsi, taxta evləri və açıq yemək terrasları ilə insanlara ideal müşahidə fürsəti təqdim edir.
Patrona yazır: “Bura axşamüstü gəlmişdim. İnsanlar içkilərindən zövq alır, gəzişirdilər. Günəş çıxıb salam verdiyi üçün arxayınlıqla memarlığı qiymətləndirmək mümkün oldu”.
Onun sözlərinə görə, Kopenhagendə olduğu kimi, Malmö sakinləri də əsasən velosiped, piyada gediş və ictimai nəqliyyatdan istifadə edirlər.
Daha sonra o, şəhər mərkəzindən keçmiş gəmiqayırma zavodunun yerləşdiyi və bu gün müasir əraziyə çevrilmiş Västra Hamnen bölgəsinə keçib. Burada Malmö şəhərinin simvollarından biri sayılan və unikal memarlıq üslubuna malik olan Turning Torso adlı göydələn yerləşir.
Fotosevərlər üçün ideal obyekt sayılan bu bina müxtəlif bucaqlardan baxıldıqda fərqli təəssüratlar oyadır. Ətraf ərazilər də sakitliyi və gözəlliyi ilə gəzinti üçün əlverişlidir.
Malmödən ayrılmamışdan öncə Patrona Öresund körpüsünə yaxın yerləşən xüsusi baxış meydançasına yollanıb. Bu məkan dəniz və körpünün mənzərəsini izləmək üçün əla nöqtədir, xüsusilə günəş hələ batmamışkən.