Zavodda usta, 11 milyona klub, 1000 dollara quş - UNUDULAN MƏMURLAR
06 dekabr 2021 20:15 (UTC +04:00)

Zavodda usta, 11 milyona klub, 1000 dollara quş - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Milli Məclisin sabiq sədri Oqtay Əsədovdan bəhs edəcəyik:

Oqtay Əsədov 3 yanvar 1955-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta, Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, “Azərsantexquraşdırma” Trestinin böyük texnoloqu, idarə, birlik rəisi vəzifələrində çalışıb. 1996–2005-ci illərdə isə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti olub.

O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olub. 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin sədri təyin edilib. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

11 iyul 2004-cü ildə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilib.

Oqtay Əsədov zaman-zaman bahalı mülkləri ilə mətbuatın gündəminə gəlib. Belə ki, sabiq sədrin həyat yoldaşı, qızları və kürəkənlərinin dəbdəbəli həyatı mediada tez-tez müzakirə olunub.

Mətbuatda yazılanlara görə, Moskvada məşhur klublardan biri sabiq sədrin həyat yoldaşına məxsusdur. Həmin klubun dəyəri 11 milyon dollardır. 

Qeyd edək ki, Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevin qudasıdır. 

Mətbuatda gedən məlumatlara görə, Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan, bir necə böyük ferma açan deputat 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəsləyir. Onların birin qiyməti 900-1000 dollar arasında dəyişir.

O.Əsədov 5 dekabr 2019-cu ildə Milli Məclisin sədri vəzifəsindən azad edilib.

Hazırda deputat mandatını daşıyan Oqtay Əsədov Milli Məclisin iclaslarında çox vaxt iştirak etmir.

O.Əsədov 2014-cü ildə “Şərəf” ordeni ilə təltif edilib. Evlidir, 2 övladı var.

# 18198
avatar

Aytəkin Cəlali

Oxşar yazılar