Uşaqlarda  oğurluq həvəsinin   yaranma SƏBƏBLƏRİ
24 iyun 2023 17:21 (UTC +04:00)

Uşaqlarda oğurluq həvəsinin yaranma SƏBƏBLƏRİ

Uşaq və yeniyetmə psixoloqu Aybəniz Urhan kleptomaniyanın yaranma səbəblərini açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, psixoloq bildirir ki, uşaqlarda oğurluq davranışı məktəbəqədər dövrdə sahiblik olmaması ilə əlaqəli olsa da, yeniyetməlik dövründə belə təkrarlanan davranışlar kleptomaniyadan xəbər verə bilər. 

Onun sözlərinə görə, kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. 

“Erkən uşaqlıq və yeniyetməlik dövründə çox rast gəlinən oğurluq həvəsi müxtəlif səbəblərdən yarana bilər. Əsas problemin impuls nəzarət problemi olduğunu deyə bilərik. Erkən uşaqlıq dövründə, daha çox eqoist olduqları zaman, uşaqlar bəyəndikləri bir çox əşyanın özlərinə məxsus olmasını istəyərək paylaşmaqda və bu cür davranışlar sərgiləməkdə çətinlik çəkirlər. Bu zaman uşaq etdiyinin icazəsiz götürmək və ya oğurlamaq olduğunun fərqində deyil. 4-5 yaşdan sonra uşaqlarda “mənim” və “sənin” anlayışlarının tədricən yerləşdiyini müşahidə edirik.

İbtidai məktəb yaşına çatdıqda uşaq bu anlayışlardan xəbərdar olur və ona aid olmayan əşyanı götürməməli olduğunun fərqindədir, lakin istəyə qarşı çıxmaqda çətinlik çəkə bilər. İnsan yeniyetməlik dövründə bunu etməməli, özünə aid olmayan əşyanı götürməməli olduğu şüuru ilə bu davranışı edər.

Oğurluğu davranış nümunəsi halına gətirən uşaqlarda əvvəlcə həddindən artıq gərginlik, bu davranışdan sonra qısa müddətli həzz hissi və sonradan peşmanlıq müşahidə edə bilərik. Uşağa bu davranışın yanlış olduğunu, ancaq həyatımızda hamımızın səhv edə biləcəyimizi izah edərək, götürdüyü əşyanı geri qaytarmağa təşviq edilməlidir”. 
 

# 2979
avatar

Arzu Qurbanlı

Oxşar yazılar