Uşaqları iştaha gətirən “Dovşan” buterbrodu
07 dekabr 2020 12:03 (UTC +04:00)

Uşaqları iştaha gətirən “Dovşan” buterbrodu

Bəzi valideynlər uşaqların iştahsızlığından şikayətlənir. Onların iştahlarını artırmağın üsullarını axtaran analar buna görə bəzən həkimə də müraciət edirlər. Balacaların normal yemək yeməməsi həmişə onların orqanizimdə ola biləcək problemlərlə bağlı deyil. Bu çox zaman yeməyi sevmədikləri üçün olur. Deməli, ilk olaraq balacalara yeməyi sevdirmək lazımdır. Bunun üçün hazırladığınız yeməyi əyləncəli görünüşə gətirmək vacibdir. Bu zaman övladınız istənilən yeməyi sevərək qəbul edəcək.

Lent.az xarici KİV-ə istinadən uşaqlarda iştah açan , əyləncəli görünüşlü yeməklərdən birinin reseptini təqdim edir:

"Dovşan" adlı buterbrod üçün lazım olan ərzaqlar:

1 dilim çörək

1 ədəd yumurta

1 ədəd xiyar

1 ədəd kök

1 ədəd turp

1 ədəd çeri pomidoru

2 ədəd yaşıl noxud

2 ədəd qara zeytun

Hazırlanması:

Yumurta kiçik bir tavaya yağ əlavə olunmaqla bişirilir. Çörək dairəvi formada kəsilir. Üzərinə bişmiş yumurta qoyulur. Dovşanın qulaqları xiyardan kəsilir. Gözləri halqavari doğranmış turp, üzərinə qara zeytun, üzərinə isə yaşıl noxud qoyulur. Burnu pomidordan kəsilir. Boşqabda kökdən üçbucaq formalı kəsilib kiçik köklər hazırlanır.

Nuş olsun!

# 2190
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar