Turistin axtarışları
23 may 2022 15:45 (UTC +04:00)

Turistin axtarışları

Azərbaycanda itən hindistanlı turist belə axtarılır - DAĞDAN VİDEO

Azərbaycan dağlarında hindistanlı turistin itkin düşməsi barədə xəbər vermişdik.

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, 10 gün əvvəl Zaqatalada yoxa çıxan Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi tapmaq hələlik mükün olmayıb.

Belə ki, turist mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq, geri qayıtmayıb. Onun dağlara qalxdığı güman edilir.

Rayon Polis Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri axtarışlara, rayonun dağlıq və sərt meşəlik ərazilərinə yaxşı bələd olan yerli sakinlər və alpinistlər də qoşulublar. Ancaq 11 gündür davam edən axtarış tədbirləri heç bir nəticə verməyib.

İtkin düşən turist

Lent.az axtarış tədbirlərinin görüntüsünü əldə edib.

Axtarış anlarından bir hissəni təqdim edirik:

İtkin düşən turistin axtarışları

# 5790
avatar

Mehman Nəbiyev

Oxşar yazılar