Gənclər və İdman naziri Fərid Qayıbov işə piyada gedib.
Lent.az-ın məlumatına görə, nazir bu barədə rəsmi "Facebook" hesabında paylaşım edib.
O, işə ictimai nəqliyyatla və piyada getdiyini bildirib.
F. Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, nazir Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.