Cibgirliyə görə tutulan  Dilşad Ağammədova və bacısı Fəridə
16 may 2021 11:33 (UTC +04:00)

Cibgirliyə görə tutulan Dilşad Ağammədova və bacısı Fəridə

Bakıda cibgirlik edən bacılar tutuldu - VİDEO

Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. D.Ağammədova və F.Ağammədova cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaları və içində olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub. Əldə edilən kamera görüntülərindən və bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisində avtobuslarda cibgirliklər edib.

Qeyd edək ki, saxlanılan zaman Yaşar Məmmədlinin üzərindən heroin və cibgirlik edən zaman əldə etdiyi bank kartlarından bəziləri aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Dilşad Ağammədova, Fəridə Ağammədova və Yaşar Məmmədlinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə, Bakı şəhər Baş Polis İdarəsi və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermə bilərlər.

Bakıda cibgirlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5215

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09