Oğurluq anı
18 aprel 2022 12:28 (UTC +04:00)

Oğurluq anı

Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı - ANBAAN VİDEO

Bakıda gözəllik salonu və gül mağazasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb. Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olub.

Həmin şəxs isə mağazadan 4400 manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Rövşən Rəhimov barəsində 18-ci Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Rövşən Rəhimovin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6053

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09