Bakıda ticarət obyektindəki yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB
14 oktyabr 2022 10:37 (UTC +04:00)

Bakıda ticarət obyektindəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakıda ticarət obyektində baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilbi ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

***
Saat: 10:30

FHN Bakıda ticarət obyektinin yanması ilə bağlı yeni məlumat yayıb.

Qurumdan Lent.az-a verilən xəbərə görə, nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Saat: 10:21

FHN-in "112" qaynar xəttinə" Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

# 4530
avatar

Oxşar yazılar