Bakının mərkəzində yeni PUL TƏLƏSİ  - VİDEO
24 aprel 2024 11:00 (UTC +04:00)

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun “28 May” stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 manat ödəniş olunacağı söz verilir.
Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir, buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir.

# 3987
avatar

Oxşar yazılar