Dünyanın İNADÇI  sakinləri –VİDEO
10 may 2021 20:15 (UTC +04:00)

Dünyanın İNADÇI sakinləri –VİDEO

Dünyanın müxtəlif şəhərlərində evini satmayıb, sahibkarların milyonlarını rədd edən insanlar var. Onların kiçik evləri ticarət mərkəzlərinin, göydələnlərin qüsursuz görünüşünə mane olur.

Lent.az milyonları rədd edən, dünyanın inadçı sakinlərini təqdim edir:

Ticarət mərkəzinə inad

Vaşinqtonda tikilməsi planlaşdırılan ticarət mərkəzinin ərazisində yerləşən bir çox ev pul qarşılığında satın alındı. Amma 84 yaşlı xanım Edit bir milyon qarşılığında evini sahibkara satmaqdan imtina etdi. Buna görə də ticarət mərkəzi inadçı Editin evinin ətrafında tikildi. Medyada geniş yayılan bu hadisədən sonra ev sahibi "şəhər qəhrəmanı" elan edildi. Xanım Editin  bu inadı “Yuxarı bax” animasiya filminin yaranmasına səbəb oldu. 2008-ci ildə vəfat edən ev sahibinin mənzili hələ də ticarət mərkəzinin ətrafında yer alır.

Yarımçıq ev

İnşaat şirkəti Kanadanın Toronto şəhərində bina tikmək istəyir. Məhəllə sakinləri evlərinin satmağa razı oldu. Amma şirkət evi orta sırada yerləşən şəxsi razı sala bilmir. Mühəndislər evin sağ tərəfində yerləşən binanı sökərək, inadçı ev sahibinin mənzilinə toxunmadan tikinti işlərini davam etdirdi. Nəticədə yarımçıq ev Kanadada məşhur mənzillərdən biri oldu.

Hava limanı tarlası

Yaponiyada şəhərlərin birində  hava limanı tikilməli idi. Bunun üçün ətrafdakı tarlalar nəzərə alınmamışdı. 3-cü uçuş xəttinin keçəcəyi yerdə yerləşən tarla sahibləri təklif olunan bütün məbləğlərdən imtina etdilər. Nəticədə, hava limanı tarlası yarandı. Gün ərzində tarlanın üzərində yüzdən çox təyyarə uçur.

Mayamidəki inadçı

İnadçı ev sahibi Mayaminin mərkəzində, göydələnlərin əhatəsində yaşayır. Ona təklif olunan yüksək məbləğdən imtina edib. Evin ona ata-babalarından miras qaldığını, mənəvi dəyəri olduğunu deyir.

Tək evlər

Çində bu cür evlərə tez-tez rast gəlinir. İnşaat şirkətlərinin təklif etdiyi məbləğin az olduğunu düşünən ev sahibləri etiraz edirlər. Şirkət sahibləri çox vaxt onların evinin işığını, suyunu kəsib, razı salmağa çalışırlar. Bəzən qalib gəlsələr də, çox vaxt videoda göründüyü kimi tək evlər meydana çıxır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4693

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09