Evdə qiyməli pide necə hazırlamalı? – Lent.az-ın MƏTBƏXİ
20 may 2022 18:58 (UTC +04:00)

Evdə qiyməli pide necə hazırlamalı? – Lent.az-ın MƏTBƏXİ

Bu gün Lent.az dadı damağınızda qalacaq qiyməli pide reseptini və hazırlanma qaydasını sizə təqdim edir.

Qeyd edək ki, pideni "Chef Baku by Kunefe" restoranının aşpazı hazırlayıb. Bunu evdə də hazırlamaq mümkündür. 

Xəmir üçün lazım olacaq ərzaqlar: 

1 stəkan ilıq su;
1 stəkan qatıq;
3 stəkan un;
2 çay qaşığı şəkər tozu;
2 çay qaşığı maya;
1 silə çay qaşığı duz;
6 yemək qaşığı duru yağ.


Qiyməsi üçün:

300 qram qarışıq qiymə;
2 ədəd soğan;
3 ədəd təmizlənmiş pomidor;
2 ədəd acı bibər;
1 qaşıq yarım tomat;
1 qaşıq pul bibər, qırmızı istiot, duz, üstünün bəzəyi üçün isə yarım dəstə cəfəri lazım olacaq. 

Keçək hazırlanma qaydasına. Pide xəmirini yoğurarkən formasını ələ yapışmayan şəkildə saxlamaq lazımdır. Pide xəmirininin incə nöqtəsinin ən əsas qaydası xəmiri yoğurduqdan sonra, mayasının özünü tutması üçün yaxşıca gözlədilməlidir. Qiyməsini hazırlayanda çalışın, ərzaqları xırda-xırda doğrayasınız. 
Daha sonra portağal böyüklükdə kündə oxlovla uzun formada açılır. Ortasına içliyi tökülür, qıraqları 2-3 santimetr qatlanır. Uc hissələr bükülüb birləşdirilir. Sobada 250 dərəcədə qıraqları qızarana qədər bişməlidir. Pide çıxandan sonra qıraqlarına yağ sürtməyiniz məsləhətlidir. 

Nuş olsun! 
 

Pidenin hazırlanması - Müəllif Nigar Namiq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4889

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09