Hindistanda aşkarlanan virus Azərbaycanda varmı? - CANLI -YENİLƏNİB
06 may 2021 12:05 (UTC +04:00)

Hindistanda aşkarlanan virus Azərbaycanda varmı? - CANLI-YENİLƏNİB

"Dünyada bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı 3 milyondan çoxdur".

Lent.az məlumat verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib:

“Son dövrlər Hindistandakı yoluxma sayı bizi narahat edir. Hindistanda hər gün yoluxma və ölüm saylarında rekordlar qırılır. Artıq rəsmi olaraq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası qeydə alınıb. Mutasiyalar viruslara xas olan prosesdir. Hələ ki, Hindistanda aşkarlanan mutasiya və ştammın xəstəliyin ağırlaşmasına səbəb olması ilə bağlı araşdırmalar yoxdur.

Azərbaycanda da bunu aşkarlamaq üçün testlər aparılır. Ancaq hələ buna rast gəlinməyib. Yeni məlumat olsa, açıqlama verəcəyik”.


12:05

"Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq".

Lent.az məlumat verir ki, bu barədə keçirilən brifinqdə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

***
12:00

Operativ Qərargahın bu gün üçün nəzərdə tutulan brifinqi başlayıb.

Lent.az məlumat verir ki, brifinqdə pandemiya ilə bağlı bir neçə yeni qərarların veriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6167

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09