Mopedləri oğurlayıb icarəyə verdilər -  VİDEO
05 dekabr 2022 17:17 (UTC +04:00)

Mopedləri oğurlayıb icarəyə verdilər - VİDEO

Yasamal rayonunda moped oğruları saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlar oğurladıqları mopedləri icarəyə verərək pul qazanıblar.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının  keçirdiyi əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədənlər saxlanılıblar. Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri  paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.

Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı saxlanılanlar barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 1794
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

İranda evləri dağılan soydaşlarımız FƏRYAD EDİR  - VİDEO

İranda evləri dağılan soydaşlarımız FƏRYAD EDİR - VİDEO

31 yanvar 2023 , 11:11
Səfir göz yaşlarına boğuldu, şəhidin cənazəsi mollaların əlindən belə alındı -VİDEO

Səfir göz yaşlarına boğuldu, şəhidin cənazəsi mollaların əlindən belə alındı -VİDEO

31 yanvar 2023 , 10:41
Güney Azərbaycandan  DƏSTƏK:  Xameneinin şəklini yandırdılar - VİDEO

Güney Azərbaycandan DƏSTƏK: Xameneinin şəklini yandırdılar - VİDEO

30 yanvar 2023 , 17:34
Rusiyada meyvə-tərəvəz BÖHRANI:  heç nə tapılmır - VİDEO

Rusiyada meyvə-tərəvəz BÖHRANI: heç nə tapılmır - VİDEO

28 yanvar 2023 , 17:35
BDU-dan tələbələrin liftdə qalmasına  münasibət - VİDEO

BDU-dan tələbələrin liftdə qalmasına münasibət - VİDEO

28 yanvar 2023 , 15:09
Xoruz uşaqlarla futbol oynadı - VİDEO

Xoruz uşaqlarla futbol oynadı - VİDEO

28 yanvar 2023 , 11:54
Terrorçu səfirliyimizə neçə dəfə hücum edib? - Yayılan videolara aydınlıq gətirildi

Terrorçu səfirliyimizə neçə dəfə hücum edib? - Yayılan videolara aydınlıq gətirildi

28 yanvar 2023 , 10:01
Səfirliyimizin əməkdaşı terrorçunu belə zərərsizləşdirib – YENİ VİDEO

Səfirliyimizin əməkdaşı terrorçunu belə zərərsizləşdirib – YENİ VİDEO

27 yanvar 2023 , 18:56