Murad Arifin bağına AYI BALASI  girdi, nazirlik hərəkətə keçdi - VİDEO
04 iyun 2022 15:45 (UTC +04:00)

Murad Arifin bağına AYI BALASI girdi, nazirlik hərəkətə keçdi - VİDEO

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

Daxili İşlər nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.

Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda isə qeyd olunub ki, Sumqayıtda bağ evlərinə girən ayı balası Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriləcək.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda ayı balasının  Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür. 

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı  görüntülər yayılmışdı. Həmin bağlardan biri isə müğənni-bəstəkar Murad Arifə məxsus olub.

Bağlara girən ayı balası

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7140

Oxşar yazılar

Paytaxtda tonlarla   insan qalıqları tapıldı - VİDEO

Paytaxtda tonlarla insan qalıqları tapıldı - VİDEO

2 may 2025 , 12:42
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00