Narkotik çəkib "avtoş"luq elədi - VİDEO
13 oktyabr 2022 17:56 (UTC +04:00)

Narkotik çəkib "avtoş"luq elədi - VİDEO

Qubada sərxoş vəziyyətdə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Məmmədəli Dadaşovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. Eləcə də, həmin şəxsin  narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən M.Dadaşovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba rayon Məhkəməsinin qərarı ilə Məmmədəli Dadaşov 15 gün  müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 illik məhdudlaşdırılıb.

# 2199
avatar

Oxşar yazılar