Saytlarda telefon satanları aldadıb pullarını belə aldı - VİDEO
03 fevral 2023 10:03 (UTC +04:00)

Saytlarda telefon satanları aldadıb pullarını belə aldı - VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 33 yaşlı Yusif  Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edib. Daha sonra sms vasitəsilə təsdiqləyici kodu alaraq, kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət etmələri tövsiyə olunub.

Araşdırmalar davam etdirilir.

# 3531
avatar

Oxşar yazılar