Xəstəliyə səbəb olan qidalar – İNANILMAZ GERÇƏKLƏR  - VİDEO
16 aprel 2021 19:24 (UTC +04:00)

Xəstəliyə səbəb olan qidalar – İNANILMAZ GERÇƏKLƏR - VİDEO

Gündəlik sevərək yediyimiz qidaların çoxu sağlamlığımız üçün zərərlidir. Bu qidalardan uzaq olmaqla bir çox xəstəliklərdən özümüzü sığortalaya bilərik.

Lent.az sağlamlıq üçün zərərli olan qidaları təqdim edir:

Saqqız

 

Saqqız kənardan zərərsiz görünür. Amma...

Təbii saqqız ağacın gövdəsində toparlanan şirədən hazırlanır. Artan tələblərdən sonra saqqız sintetik məhsullardan əldə edilir. Sizin sevimli saqqızınız plastik və kauçukdan hazırlanır. Belə ki, böyük bir qaba plastik və kauçuk, boya, dadlandırıcılar əlavə edilir və sevimli saqqızınız artıq hazırdı. Əslində isə onlar üzərinə ətir sıxılmış plastikddən başqa heç nə deyil. Bir qədər çeynədikdən sonra dadının qaçmasının da səbəbi budur.

Meyvə şirələri

İçkilər içində ən “məsum”u meyvə şirəsi görünür. Üzərinə yüz faiz təbii yazılsa da, paketlənmiş qablaşdırmada bu mümkün deyil. Bu şirələrin istənilən temperaturda uzun müddətli qalması üçün tərkibinə müxtəlif kimyəvi maddələr əlavə edilir. Hazırda dünyanın bir çox məktəblərində şagirdlərə meyvə şirəsi verilmir.

Sosiska

Dünyada bu qədər sağlam qida varkən, nədən sosiska bütün dünyada sevilir? Bu zərərli qidanın hazırlanması üçün öncə ətlərin yaxşı hissəsi seçilir və böyük makinada püre halına salınır. Üzərinə rəngləndirici və dadlandırıcı maddələr əlavə edilir. Daha sonra qəliblərə qoyularaq, bişirilir. Araşdırmalara görə hər gün 50 qr kolabasa, sosiska yemək xərçəng riskini 20 faiz artırır.

Çipsi

Çipsinin tərkibinin 30 faizi yağdır. Yəni,  yediyiniz bir paket çipsidə təxminən 1 stəkan zərərli yağ içdiyinizi düşünün. Bu qida asılılıq yaradır. Belə ki, tərkibindəki maddələrə beyinə təsir edir və daha çox yemək istəyirsiniz. 

Manqal yeməkləri

Daha çox kababları bişirməkdə istifadə olunan manqal sağlamlıq üçün təhlükə mənbəyidir. Kömürə qarışan ətin suyu və kömürü qarışdırdıqda uçuşan hissəciklər ətə hoparaq xərçəng xəstəliyinə səbəb ola bilər.

Balıq

Sağlam qida kimi tanınan balıqların zərərli tərəfləri də var. Marketlərdə gördüyümüz balıqlar süni şəkildə hovuzlarda yetişdirilir. Burada balıqların tez böyümələri üçün tərkibində yüksək kimyəvi qatqı olan yemlər verilir. 

Jelibom

Rəngli jelibomların heyvan parçalarından hazırlandığını bilirdiniz? Bekə ki, jelibomun hazırlanması üçün vacib olan jelatin maddəsi heyvan dərisi və sümüklərindən hazırlanır. Üyüdülən heyvan dərisi və sümükləri daha sonra yüksək temperaturda əridilir. Yaranan qarışımın içərisinə boyalar və dadlandırıcılar əlavə edilir. Sonda isə sizin sevdiyiniz zərərli qidalardan olan jelibom meydana gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10036

Oxşar yazılar

Paytaxtda tonlarla   insan qalıqları tapıldı - VİDEO

Paytaxtda tonlarla insan qalıqları tapıldı - VİDEO

2 may 2025 , 12:42
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00