Arvad  ərinin xəyanətini   döymənin köməyi ilə açdı
29 mart 2024 19:39 (UTC +04:00)

Arvad ərinin xəyanətini döymənin köməyi ilə açdı

43 yaşlı qadın 19 ildir evli olduğunu və əri ilə 18 yaşlı qızını böyütdüklərini, birliklərinin monolit göründüyünü söyləyib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, qadın bu hekayəni “Reddit”də anonim şəkildə paylaşıb.

O, bildirib ki, əri daha əvvəl belə bir ehtimalı müzakirə etməmələrinə baxmayaraq, il yarım əvvəl döymə etdirməyə qərar verib. O, bu qərarını tdöyməsi olan kişi ilə ailə quran bacısının təsiri ilə əlaqələndirib və bu, onun özünə döymə etsdirməsinə vadar edib.

Ərinin ürəyinin sol hissəsinə döymə etdirdiyi zanbaq şəklinin seçilməsi qadını daha da təəccübləndirib. Dizayndan narazı olmasına baxmayaraq, o, şəxsi həyatın toxunulmazlığı hüququnu tanıyaraq danışmamağı seçib. Daha sonra, bir il və ya daha çox müddətdə, ər döyməyə sarmaşıq budağı etdirib, bu da təsvirə yeni detallar əlavə edib.

Döymə hekayəsi həyat yoldaşını korporativ tədbirlərə və həmkarları ilə əyləncələrə dəvət etməyi dayandırması ilə üst-üstə düşüb. Lakin sonda onu məclislərdən birinə aparıb və o, Lili adlı həmkarı ilə tanış olub.

Ər döymənin və həmkarının adının sadəcə təsadüf olduğunu israr etsə də, sonda onunla iki illik münasibətdə olduğunu etiraf edib. O, həmçinin, məşuqəsinin uşağın doğulduqdan bir neçə ay sonra etdiyi sarmaşıq döyməsinin səbəbi olan Ayvi adlı bir qızı dünyaya gətirdiyini açıqlayıb.

O, həyat yoldaşından onu tərk etməməsini istəyib, lakin o, xəyanəti bağışlaya bilməyəcəyini bildirib. İndi onlar rəsmi şəkildə boşanmaq üçün bir il ayrı yaşamalıdırlar. Qadın 43 yaşında boşanmaqdan kədərləndiyini bildirib, çünki bu heç gözləmədiyi bir şeydir.
 

# 3705
avatar

Oxşar yazılar