Sabirabadda səhərdən  axşamadək araq içən  kişi məhkəməlik oldu
21 oktyabr 2026 14:59 (UTC +04:00)

Sabirabadda səhərdən axşamadək araq içən kişi məhkəməlik oldu

0

Sabirabadda sərxoş kişi arvadını taxta ilə döyüb.

Lent.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

51 yaşlı Bəhruz Səlimov (şərti adla) taxta ilə arvadını vuraraq, xəsarət yetirib. Məlumata görə, Bəhruz hadisə olan günü səhərdən başlayaraq, axşamadək həyətdə araq içib. Axşam saatlarında oğlu ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı oğlunu söyüb və əlinə taxta götürərək, onun üstünə gedib. Bu zaman arvadı özünü oğlu üçün sipər edərək Bəhruzun qarşısına keçib. Nəticədə Bəhruz taxta ilə qadına zərbə vuraraq, xəsarət yetirib.

Oğlunun şikayəti əsasında B. Səlimov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəyə görə arvadından üzr istəyib və əməlindən peşmandır. Zərərçəkən qadın da həmçinin əri ilə barışdığını və ona qarşı şikayətçi olmadığını bildirib.

Məhkəmə cinayət işinə xitam verib və Bəhruz Səlimov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar