“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
21 oktyabr 2026 17:05 (UTC +04:00)

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

0

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində qoruğun əsasnaməsini təsdiq etməli, qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Mədəniyyət Nazirliyi qoruğun idarə olunmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar