Raqif Abbasov  və müavinin 1 milyonluq mənimsəmə işi: 12 il həbs istənildi
21 oktyabr 2026 12:12 (UTC +04:00)

Raqif Abbasov və müavinin 1 milyonluq mənimsəmə işi: 12 il həbs istənildi

0

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun keçmiş müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin olunub.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər iki şəxsə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar