Dünya çempionu  evləndi
27 sentyabr 2023 15:03 (UTC +04:00)

Dünya çempionu evləndi

47 yaşlı braziliyalı Ronaldo 7 ildir görüşdüyü qızla evlənib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ronaldonun seçdiyi 33 yaşlı braziliyalı model Selina Loks olub. Toyda 400 qonaq iştirak edib. 

Ronaldo əvvəllər Braziliya millisində çıxış edən futbolçu Milena Dominqeslə evli olub. Futbolçu daha sonra qapıçı Xulio Sezarın həyat yoldaşı olmuş aktrisa Suzanna Vernerlə, həmçinin top modellər Daniella Sikarelli və Raika Oliveyra ilə münasibətdə olub.

Braziliyalı üç dəfə FİFA-nın versiyasına görə dünyanın ən yaxşı futbolçusu kimi tanınıb (1996, 1997, 2002), iki dəfə “Qızıl top”u (1997, 2002) qazanıb. 

Ronaldo Braziliya millisi ilə ikiqat dünya çempionudur. 1994-cü ildə, 17 yaşında ABŞ-da keçirilən dünya çempionatının iştirak siyahısında olub, lakin heç vaxt turnirdə iştirak etməyib və 2002-ci ildə Dünya Kubokunun bombardiri olub. Braziliya yığmasının fransızlara uduzduğu 1998-ci il dünya çempionatının final oyununda da çıxış edib.

Keçmiş hücumçu karyerası ərzində Braziliyanın “Kruzeyro” və “Korintians”, Hollandiyanın PSV, İspaniyanın “Barselona” və “Real”, İtaliyanın “İnter” və “Milan” kimi klublarda çıxış edib.

Ronaldo 2011-ci ildə 35 yaşında karyerasını başa vurub. Hazırda o, iki futbol klubunun sahibidir - İspaniya Sequndasında çıxış edən "Valyadolid" və peşəkar karyerasına başladığı "Kruzeyro".


 

# 6693
avatar

Oxşar yazılar