Ərini fahişə ilə tutsa da BAĞIŞLADI   - Ulduz arvadı...
27 oktyabr 2021 00:08 (UTC +04:00)

Ərini fahişə ilə tutsa da BAĞIŞLADI - Ulduz arvadı...

PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara ona xəyanət edən argentinalı futbolçu ilə yenidən bir araya gəldiyini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Vanda 28 yaşlı İkardinin məşuqəsi olduğunu öyrəndikdən sonra cütlük boşanmağa qərarlı olub.

Daha əvvəl seksual sarışın Paris komandasının hücumçusu ilə münasibətlərini kəsdiyini açıqlamışdı.

“Fahişə üçün daha bir ailəni öldürdün!” – o zaman 34 yaşlı Vanda “Instagram”da yazmışdı.

İndi Vanda Nara barışıq elan edərək İkardiyə ikinci şans vermək qərarına gəlib.

“Son bir neçə ay ərzində yerləşdirdiyim fotoşəkillər bizim necə xoşbəxt olduğumuzu göstərir. Hadisə məni çox incitdi. Mən hər gün Maurodan boşanmaq üçün sənədlər hazırlamağı tələb edirdim. Geriyə dönüş olmadığını anlayanda mənə dedi ki, bu belə davam edə bilməz, əgər ayrılıq ağrı-acıya son qoymağın yeganə yoludursa, biz də bunu edəcəyik.

Vəkilin yanına getdik. İki gün sonra Mauro bütün şərtlərlə razılaşdı və biz müqaviləni imzaladıq. Ertəsi gün heç kimin yazmadığını mənə yazdı: “Mən sənə hər şeyi verdim və səndə hər şey var . Ümid edirəm ki, sən xoşbəxt olacaqsan, çünki bu məni də xoşbəxt edir”.

Və sonra bir şeyi başa düşdüm: hər şeyə sahib olsam da, onunla olmasam, heç nəyim yoxdur. Əminəm ki, keçirdiyimiz pis günlər ailəmizi daha da gücləndirəcək.
Önəmli olan odur ki, ikimiz də səkkiz illik tariximizi bitirə biləcək azadlığa malik idik. Amma biz öz seçimimizi sərbəst etdik. Mən səni sevirəm”, - Vanda “Instagram”da yazıb.

Qeyd edək ki, Vanda Nara və Mauro İkardi 2014-cü ilin mayında ailə qurublar. İkardi modeli digər məşhur futbolçu Maksi Lopezin əlindən alıb. Maksinin sevgilisi üç oğlu dünyaya gətirib və PSJ-nin hücumçusu ilə evlənib, iki qızı var.

# 12153
avatar

Oxşar yazılar