Ərini MƏŞUQƏSİ ilə tutdu: Öpüşəndə  maşınla onları vurdu
10 aprel 2023 19:12 (UTC +04:00)

Ərini MƏŞUQƏSİ ilə tutdu: Öpüşəndə maşınla onları vurdu

Avstraliyanın Brisben şəhərinin sakini ərini və məşuqəsini öpüş zamanı yaxalayaraq onlarn üstünə maşınını sürüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 38 yaşlı Kristi Li Kennedi ərinin onu aldatdığından şübhələnib. Uşaqları götürmək üçün uşaq bağçasına getdiyini deyəndə qadın “iPhone”nin Find My proqramından istifadə edərək onun marşrutunu izləyib və gizli şəkildə avtomobildə onun arxasınca düşüb.

Küçədə ərinin məşuqəsini öpüb qucaqladığını görən qadın əsəbiləşib, qaza basıb və son anda əyləci basaraq düz onların üstünə gedib. Maşın məşuqəni vuraraq kişini havaya atıb. Bundan sonra Kennedi maşından düşərək rəqibinə hücum edib. O, onun üzünə yumruq vurub, onu “gombul fahişə” adlandırıb, sonra maşına minib və oradan uzaqlaşıb.

Məhkəmədə Kennedi təhlükəli sürücülük faktını etiraf edib. Münsiflər heyəti Kennedini bədənə zərər vurmaq niyyəti ilə iki zərərli hərəkət ittihamı üzrə təqsirli bilməyib, lakin hücumla zərər vurmaq qərarı ilə bağlı konsensusa gələ bilməyib. Avstraliyalının hücumu etiraf etməsindən sonra prokurorlar, nəhayət hücum ittihamlarını ləğv ediblər. Prokuror təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Kennedinin vəkili bildirib ki, onun müvəkkili cütlüyü vurmaq niyyətində olmayıb, sadəcə maşınla tez onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyib. "Bunun baş verməsinin yeganə səbəbi ərinin başqa bir qadını öpməsi olub" deyən Uayt, Kennedinin dayanmaq üçün əyləci basdığını vurğulayıb.

Hakim qadını iki il sınaq müddəti olmaqla 9 ay şərti cəzaya məhkum edib. Bundan əlavə, Kennedi keçmiş ərinə və onun məşuqəsinə beş min Avstraliya dolları ödəmək tapşırılıb. Əks halda, o, bir ayı dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. Bundan əlavə, doqquz ay sürücülük hüququndan məhrum edilib.

# 3600
avatar

Oxşar yazılar