"Qalatasaray"ın futbolçusu Mauro İkardinin sevgilisi Çina Suaresi aldatdığı iddia edilib. İddianı ortaya atan Nataşa Rey İkardinin ona çılpaq fotolarını göndərdiyini iddia edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İkardi isə fotoları göndərənin Rey olduğunu iddia edərək, "Mənimlə oyun oynamayın, buranı yandıraram" yazaraq cavab verib.
Çina Suaresə xəyanəti xarici mətbuatda iddialara səbəb olan Mauro İkardi sosial mediada paylaşımı ilə gündəmə gəlib. Məşhur futbolçu bu iddia ilə çıxış edən sosial media influenceri Nataşa Reyi ifşa edib. İkardi iddia edib ki, Rey ona çılpaq foto və videolarını “pulsuz” göndərib. Nataşa Rey İkardiyə aid olduğunu iddia etdiyi seksual fotosunu paylaşıb.
Videodakı şəxsin qarnındakı döymə əsasında İkardi olduğu iddia edilib. İddialar qarşısında susmaqdan imtina edən İkardi isə sərt açıqlama ilə cavab verib. Çinanı aldatdığına dair iddialara qəzəblənən İkardi Nataşa Reyin ona göndərdiyi çılpaq şəklin skrinşotunu çəkərək, orijinal foto olduğunu iddia edərək sosial şəbəkədə paylaşıb.
"Mənimlə oyun oynamayın"
Reydən heç bir mesaj almadığını və göndərdiyi videoları heç vaxt tələb etmədiyini bildirən ulduz futbolçu bunları deyib:
"Bu mənim qondarma sevgilimdir? Onun mesajlarını heç qəbul etmədim, kortəbii şəkildə mənə özünün çılpaq videolarını göndərdi. Yalan danışmağı və adımdan istifadə etdiyinə görə rəğbət qazanmağa çalışmağı dayandır. Həmişə olduğu kimi, sübutum var. Ekran görüntülərini paylaşmaq istərdim, amma “Instagram” hesabım çılpaq məzmuna görə bağlana bilər. Öpüşlər... Mənimlə oyun oynamayın, buranı yandıracam!"
Diqqət çəkən başqa bir detal isə Nataşa Reyin Vanda Naranın yaxın dostu olduğu ortaya çıxıb.
Həmin postu təqdim edirik:
"Ucuz işlərlə məşğul olmayın"
Hadisədən sonra ikinci paylaşımında İkardi iddiaları daha da sərt şəkildə rədd edib. “Instagram”da verdiyi açıqlamada bildirib: "Əgər redaktə edib filtr edəcəksinizsə, heç olmasa inandırıcı olun. Narahat olmayın, incimirəm, amma bir az bacarıq göstərin... Ucuz işlərlə məşğul olmayın!"
Nataşa Rey kimdir?
Nataşa Rey “Instagram” sosial media platformasında cəsarətli paylaşımları ilə tanınan internet fenomenidir. Adı ilk dəfə belə geniş yayılmış qalmaqalla hallanan Reyin İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın yaxın adamı olduğu da məlum olub. Bu əlaqə hadisənin arxasında daha mürəkkəb münasibətlərin ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.