Keçmiş sevgilini unutmağı çətinləşdirən 3 SƏHV
05 sentyabr 2023 13:14 (UTC +04:00)

Keçmiş sevgilini unutmağı çətinləşdirən 3 SƏHV

Sevgi münasibətləri üzrə ekspert Emi Çan romantik partnyordan ayrıldıqdan sonra unutmağı çətinləşdirən ümumi səhvləri sadalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çan ilk növbədə, keçmiş sevgiliyə zəng etməməyi tövsiyə edib. Onun sözlərinə görə, bəzən bu cür zənglər məxfi söhbət və təsəlli ümidi ilə, bəzən də qəzəbini çıxartmaq üçün edilir. Lakin hər iki halda bu, davam edən asılılıqdan xəbər verir.

Çanın sözlərinə görə, keçmiş tərəfdaşın sosial şəbəkələrini izləməməlisiniz.

Ekspert həmçinin münasibətlərin bitməsindən dərhal sonra keçmiş sevgilini dostlarla tənqidi şəkildə müzakirə etməməyi də məsləhət görüb. Çanın fikrincə, bu cür söhbətlər faydalı deyil və yalnız küskünlük hissini “qidalandırır”, əksinə, ondan tez bir zamanda xilas olmaq lazımdır.

# 3636
avatar

Oxşar yazılar