Kişi ilk dəfə 95 yaşında  evləndi
24 may 2022 09:05 (UTC +04:00)

Kişi ilk dəfə 95 yaşında evləndi

Britaniyanın Kardiff şəhərinin sakini 95 yaşında ilk dəfə ailə həyatı qurub, sevgilisi isə 84 yaşlı xanımdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 95 yaşlı Culian Moyl və 84 yaşlı Valeri Uilyams 23 il əvvəl Kafdiffdəki baptist kilsəsində tanış olublar.

Onlar həmin kilsədə toy təşkil ediblər. Kişi cəmi bir neçə ay əvvəl sevgilisinə evlilik təklifi edib.

Nikah mərasimində cütlüyün 40 dostu və qohumu iştirak edib. Şənlikdə opera müğənnisi çıxış edib, çünki bəyin də keçmişdə opera karyerası olub. Moyle əslən Avstraliyadandır və 1954-cü ildə Böyük Britaniyaya mühacirət edib. 1970-1982-ci illərdə Uels Milli Operasında solo rollar ifa edib. Onun sevgilisi isə Kardiffdə doğulub böyüyüb.

"Mən buna inana bilmirəm" deyən Uilyams uzun illər görüşdükdən sonra evləndiklərini deyib. Moyl bunun "möcüzə" olduğunu bildirib. Cütlük bal ayını Moylun vətənində keçirməyi planlaşdırır.

Kişidən uzun illər subaylıqdan sonra nəhayət evləndikdə özünü necə hiss etdiyini soruşduqda o, belə cavab verib: “Başqa evliliyi xatırlamıram”.


 

# 4056
avatar

Oxşar yazılar