Oğlan qızın anasının dəfn mərasimində  EVLİLİK TƏKLİF ETDİ
07 sentyabr 2023 12:58 (UTC +04:00)

Oğlan qızın anasının dəfn mərasimində EVLİLİK TƏKLİF ETDİ

Oğlan anasının dəfnində qıza evlilik təklifi edib.

Lent.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Bu hekayənin müəllifinin dediyinə görə, o, seçdiyi şəxslə iki ildir ki, münasibətdədir. Cütlüyün 5 illik münasibətinə qızın anası pis reaksiya verib.

Oğlan uzun müddətdir evlilik təklifi etmək niyyətində olduğunu, lakin bunun üçün hansı anın uyğun olacağını anlamadığını deyib. Hətta bu fürsəti gözləyərək özü ilə üzük də gəzdirirmiş. Amma gözlədiyi o an heç vaxt gəlməyib.

O, problemin qızın anasında olduğuna inanıb. Qızın anasının 4-cü mərhələdə xərçəng olduğunu öyrənib. Təəssüf ki, xərçəngə qalib gələ bilməyib. Dəfn mərasimi başlayan kimi cütlük əl-ələ verib. Oğlan sevgilisinin anasının cənazəsinə baxaraq bu gün sevgilisinə evlilik təklifi edəcəyinə qərar verib.

Dəfn mərasimi başlayandan bir neçə saat sonra o, sevgilisi ilə kənara çəkilərək ona əvvəlcədən hazırladığı bir çıxış edib. Sonra diz çöküb və ondan arvadı olmasını istəyib. Lakin bu, qızın qəzəbinə səbəb olub və o, evlilik təklifi üçün seçilən məqama görə imtina edib. Lakin sevgilisi bu anın niyə yersiz olduğunu anlamır:

“Bu bir növ metafora ola bilər, elə deyilmi? Anası o qədər qəfil öldü ki, indi mən burada "həyat çox qısadır", "yalnız bir dəfə yaşayırsan" perspektivini təklif edirəm" deyə fikirlərini bölüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5127
avatar

Fidan İlqar

Oxşar yazılar