Ronaldodan sevgilisinə MÖHTƏŞƏM HƏDİYYƏ:  323 brilyantlı   saat 
04 iyul 2023 12:46 (UTC +04:00)

Ronaldodan sevgilisinə MÖHTƏŞƏM HƏDİYYƏ: 323 brilyantlı saat 

Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes indi fantastik yaxtada Sardiniya dənizinin günəşindən və dənizindən həzz alırlar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fotoda fanatlar “Jacob & Co”dan Corcinanın Brilliant Skeleton Northern Lights saatını görüblər. 66 min avroya - Ronaldonun hədiyyəsidir.

Qırmızı mineral şüşə siferblat, 42 dəyirmi ağ brilyant ilə paslanmayan poladdan toqqa, 251 dəyirmi ağ brilyant ilə cilalanmış korpus dəsti və 30 dəyirmi ağ brilyant ilə tac dəsti ilə həqiqətən dəbdəbəli saatdır.

Ümumilikdə, bu modelin yalnız 101 nüsxəsi müxtəlif rənglərdə buraxılıb, daha əvvəl müğənni Rihannanın Super kubokda çıxışında qolunda görünüb.


 

# 3021
avatar

Oxşar yazılar