Sevgililər günü  haqqında bilmədiklərimiz: Hansı ölkələr  14 fevralı qeyd etmir? 
13 fevral 2023 16:00 (UTC +04:00)

Sevgililər günü haqqında bilmədiklərimiz: Hansı ölkələr 14 fevralı qeyd etmir? 

Sabah müqəddəs Valentin günüdür. Yəni Sevgililər günü... Belə ki, həmin gün bir çox ölkədə hər il fevralın 14-də qeyd olunan xüsusi bir gündür. 

Bəs, bu gün necə yaranıb və nə vaxtdan qeyd edilir? 

Lent.az xəbər verir ki, 14 fevral anlayışı ilk dəfə Qədim Romada yaranıb. Bu gün bütün romalılar üçün həm əhəmiyyətli, həm də müqəddəs gün hesab olunur. Belə ki, Roma Katolik Kilsəsinin inancına görə, bu gün San Valentin adlı bir din xadimi üçün elan edilmiş bayram günü olaraq ortaya çıxıb. Buna görə də bəzi ölkələrdə 14 fevral “Müqəddəs Valentin Günü” kimi qeyd edilir. Valentin sözü Qərb mədəniyyətində xoşlanılan insan və ya sevgili mənasında istifadə olunur. 

Həmin dövrlərdə daha sonra 15 fevral günündə “Lupercalia” adlanan bayram başlayırdı. Bu bayram gənclər üçün çox vacib idi. Çünki həyatlarını məhdudlaşdırılmış qaydalar ilə yaşayan gənclər sadəcə bayram günləri ərzində bir-biriləri ilə partnyor olurdular. Onlar partnyorlarını püşkatma ilə müəyyən edirdilər. Belə ki, romalı qızlar adlarını kiçik kağızlara yazaraq qaba qoyurdular. Kişilər isə qabdan təsadüfi bir kağızı çəkərək üzərində hansı qızın adı yazılıbsa, həmin xanımla cinsi münasibətə girirdilər. 

Ancaq bir müddət sonra Roma imperiyasının imperatoru II Kladius bu bayramın əxlaq dəyərlərinə zidd olduğunu bildirərək onu ləğv edir. Hətta həmin ərəfələrdə evlilik qadağan olunur. 

O zamanlar Romada rahib olan Valentin isə bu bayramı gizli şəkildə keçirməyə davam edir. Bunu öyrənən imperator Valentini zindana atdırır və qədim Roma təqviminin sonuncu ayı, eramızdan əvvəl 269-cu ilin 14 fevralında edam etdirir. 

Əfsanələrə görə, o, zindanda olarkən öz yoldaşlarına, xüsusilə keşiş dostunun bacısı Mariusaya “Valentini unutma”, “Səni sevirəm”, "Valentinindən" imzalı məktublar göndərirdi. Onun homoseksual olması da iddialar arasındadır. 

Sevgililər Günü ilə bağlı bir neçə maraqlı fakt da var. Belə ki, hər il bu tarixdə təxminən 200 min nəfər evlilik təklifi edir. Dünya üzərində 50 milyondan çox qızılgül, 60 milyondan çox ürək formalı şokolad qutusu satılır. Onların satışından milyardlarla dollar qazanılır. 

Məlumata görə, 55 faiz kişi bu gün üçün əvvəlcədən plan qurmur. 40 faizə yaxın insan isə bu bayrama nifrət edir. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanda Sevgililər Günü münasibətilə istifadə olunan bütün məhsulların satışı rəsmən qadağan edilib. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran və Pakistan 14 fevralı qeyd etməyən ölkələrdir. 

St. Valentin və II Kladius

 

# 15291
avatar

Sevinc Fərid

Oxşar yazılar