Sevgilisi Ronaldonun oğlunun  "Barselona" köynəyində   FOTOSUNU paylaşdı
24 may 2023 08:41 (UTC +04:00)

Sevgilisi Ronaldonun oğlunun "Barselona" köynəyində FOTOSUNU paylaşdı

0

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun sevgilisi sosial şəbəkələrdə

“Barselona”nın futbol köynəyində poza verən ortaq oğlu Mateo ilə fotosunu yayımlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Corcina və Ronaldo 2016-cı ildə tanış olublar. Sonra qız Madriddəki “Gucci” mağazasında işləyib, futbolçu isə “Real”da oynayıb.

Corcina və Ronaldonun beş övladı var, onlardan ikisi ümumidir.

2017-ci ilin əvvəlində Kriştianonun surroqat anadan əkiz uşaqları olub. 2017-ci ilin noyabrında Rodriqes özü Alana Martina adlı bir qız dünyaya gətirib.

2022-ci il aprelibn 18-də Ronaldo Corcinanın yeni doğduğu əkizlərindən birinin öldüyünü elan edib. Qız sağ qalıb, oğlan isə ölüb.

Bu ilin yanvar ayında cütlük uşaqları ilə birlikdə Ronaldonun hazırda yerli "Əl-Nasr" klubunda oynadığı Səudiyyə Ərəbistanına köçüb. O, komandanın heyətində 14 oyuna çıxıb, 13 qol vurub, 2 məhsuldar ötürmə edib. “Ən-Nəsr” ikinci yerdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3212

Oxşar yazılar