Üç dəqiqəlik  evlilik   REKORDU: Gəlin toydan sonra  bəyi atıb   getdi
27 noyabr 2023 19:57 (UTC +04:00)

Üç dəqiqəlik evlilik REKORDU: Gəlin toydan sonra bəyi atıb getdi

Küveytdə ölkənin ən qısa nikahı kimi tarixə düşən unikal hadisə baş verib. 

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, üç dəqiqəlik evlilikdən sonra bəyin gəlinə iradı boşanmaya səbəb olub.

Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən toy yerli məhkəmədə baş tutub. Hər şey cütlüyün artıq imza atdığı və məhkəmə binasını tərk etməyə hazırlaşdığı bir vaxtda baş verib. Lakin gəlini gəlinlik paltarında büdrədikdən sonra bəy sürpriz bir hərəkətlə onu ələ salıb. Onun axmaq olması ilə bağlı qeyd gəlin üçün bardağı taşıran son damla olub.

"Qadın qəzəblənib və hakimdən onların nikahını dərhal pozmasını tələb edib. Hakim razılaşıb və nikah bağlanandan cəmi üç dəqiqə sonra nikahın pozulmasını elan edib", - məlumatda qeyd olunur.

Hadisə internetdə gərgin müzakirələrə səbəb olub, bir çox istifadəçi münasibətlərdə hörmətin vacibliyini vurğulayıb. Bəziləri belə bir fikir bildiriblər ki, əgər bu davranış əvvəldən mövcuddursa, o zaman münasibəti bitirmək daha yaxşıdır.

“Hörməti olmayan evlilik əvvəldən uğursuzdur”, “Əgər əvvəldən belə davranırsa, ondan ayrılmaq daha yaxşıdır” şərhini şəbəkə istifadəçiləri qeyd ediblər.

Bu hadisə Küveyt tarixində unikal olub, münasibətlərdə hörmət və anlayışın əhəmiyyətini göz ardı etmək olmaz.


 

# 4248
avatar

Oxşar yazılar