Valideynlərinin  ayırdığı sevgililər:   60 ildən sonra evləndilər
28 mart 2023 19:34 (UTC +04:00)

Valideynlərinin ayırdığı sevgililər: 60 ildən sonra evləndilər

Onilliklər boyu ayrılan 79 yaşlı kişi və 78 yaşlı qadın bir-birini tapıblar və nişanlanmanın pozulmasından illər sonra evləniblər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, cütlük qadının valideynlərinin qadağasından 60 il sonra evlənib.

1963-cü ildə Böyük Britaniyadan olan 19 yaşlı Len Albrinqton 18 yaşlı sevgilisi Canet Stirə evlilik təklifi edir. Canet ona razılıq verib. Aşiqlər Avstraliyaya köçmək və orada yeni həyat qurmaq arzusunda olublar. Len bir az şərait yaratmaq üçün əvvəlcə gedib və sevgilisini səbirsizliklə gözləyib.

Lakin onların planları qızın valideynləri tərəfindən pozulub. Qızlarının nişanlı olduğunu və dünyanın o tərəfinə getməyə hazırlaşdığını biləndə hiddətləniblər. Ata və ana Canetin evdə - Uayt adasında qalmasına israr ediblər.

Sevgililər ayrılıqla barışmalı olublar və hər biri öz həyatını yaşamağa başlayıb. Tezliklə Len avstraliyalı ilə evlənib və 3 övladı dünyaya gəlib. Canet də İngiltərədə ailə qurub və ana olub.

Lakin 2015-ci ildə Lenin evliliyi pozulub və o, gənclik sevgisini tapmağa qərar verib. O, Böyük Britaniyaya qayıdıb və səsvermə siyahısındakı ünvanı taparaq Canetin Uayt adasındakı evinə gedib. Canet o vaxt hələ evli olub, Lenanı tanıyıb, amma o zaman ünsiyyətləri davam etməyib.

“Çox həyəcanlı idim, çünki hansı reaksiya gözləyəcəyimi, onu görüb-görməyəcəyimi belə bilmirdim. Mən ora həvəslə gəldim. Yer tapmaq o qədər də asan deyildi, amma mən bunu bacardım. Mən sadəcə onun yaxşı olduğunu bilməyə ümid edirdim. Təəccüblüdür ki, hər şey sonda yaxşı oldu”, - Len Anbrinqton bildirib.

Əri xərçəngdən öldükdən iki il sonra ona məktub yazıb. Məlum olub ki, Canet hətta 1963-cü ildə sevgilisinin ona hədiyyə etdiyi nişan üzüyünü özündə saxlayıb. Aralarında yenidən hisslər alovlanıb və 2018-ci ildə cütlük İngiltərənin Stivenic şəhərində birlikdə yaşamağa başlayıb.

2022-ci ildə Len Canetə evlilik təklifi edib. 2023-cü ilin fevralında cütlük nəhayət evlənib - nişandan 60 il sonra. Mərasimdə Canet və Lenanın övladları, nəvələri və nəticələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar