Xoşbəxt evliliyin  3 SİRRİ
17 avqust 2021 19:26 (UTC +04:00)

Xoşbəxt evliliyin 3 SİRRİ

Evliliyi uzunömürlü edən ən əsas duyğulardan biri də sevgidir. Həyat yoldaşları bir-birlərini sevmirsə, sağlam münasibət qurmaq mümkün deyil. Sevgi ifadəsi və qavrayışı insandan insana dəyişsə də, cütlüklərin bir-birlərinin sevgi dilini bilmələri vacibdir.

Bəs, uzun və xoşbəxt evliliyin sirri nədədir?

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, alimlərin araşdırmalarına görə, xoşbəxt evliliyin təməlində 3 sirr durur.

Sevginizi ifadə etmənin ən asan yolu “səni sevirəm” deməkdir. Amma bunun başqa yolları da var. Birlikdə vaxt keçirmək, onu tərif edəcək sözlər işlətmək və davranışlar. Davranışlara misal olaraq qadının kişi üçün yemək hazırlamasını, kişinin də qadın xəstə olanda ona qulluq etməsini göstərə bilərik.

Araşdırmada ortaya çıxan hər üç xüsusiyyət, sevgi ifadə etmənin müxtəlif yollarıdır. Bu ifadə üslubları təkrarlana bilər və insandan insana dəyişə də bilər. Məsələn, bəziləri hədiyyə vermək və ya almaq, fiziki təmasda olmaq və ya qarşı tərəflə vaxt keçirmək, yaxud sadəcə söhbət etmək sevgi göstərmənin yoludur. Vacib olan odur ki, qarşınızdakı insanın sevgi dilini biləsiniz. Məsələn, qadın ərinə olan sevgisini ifadə etmək üçün ona hədiyyə alır. Kişi arvadını sevir, amma ona hədiyyə almırsa, qadın sevilmədiyini düşünür. Amma həmin qadın sevgilisindən xoş sözlər eşidirsə, deməli narahat olmağa dəyməz. Hər insanın özünəməxsus sevgi dili var. Və münasibətdə olduğunuz şəxs sizə sizin ona davrandığınız kimi davranmırsa, bu sizi sevmədiyi anlamına gəlmir. Sevir, sadəcə sizin kimi yox. Bəlkə də sizdən daha gözəl…

 

 

# 7488
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar