Dünyanın  ən gözəl  qadını AÇIQLANDI
14 oktyabr 2022 19:12 (UTC +04:00)

Dünyanın ən gözəl qadını AÇIQLANDI

Britaniyalı aktrisa Codi Komer dünyanın ən gözəl qadını seçilib. 

Lent.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb. 

Londondakı Kosmetik və Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri, doktor Julian De Silva aktrisanın görünüşünü mükəmməl adlandırıb. Onun gözəlliyi 94,52 faiz dəyərində qiymətləndirilib. 

Onu da qeyd edək ki, 29 yaşlı Codi Komer  “Killing Eve” serialındakı Villanelle obrazı ilə məşhurlaşıb. 

Dünyanın ən gözəl qadınları reytinqində Komerdən başqa, digər məşhurların da adı var. 94,37 faiz səs toplayan aktrisa Zendaya ikinci, model Bella Hadid isə 94,35 faiz səslə üçüncü olub. Onları aktrisa Ember Herd (91,85), müğənni Ariana Qrande (91,81) və pop müğənnisi Taylor Svift (91,64) izləyib.

 

Codi Komer

Zendaya

Bella Hadid
 

# 5145
avatar

Sevinc Fərid

Oxşar yazılar