Yay makiyajında nələrə diqqət etməliyik? - 2023-cü ilin TRENDİ
25 may 2023 13:05 (UTC +04:00)

Yay makiyajında nələrə diqqət etməliyik? - 2023-cü ilin TRENDİ

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırılan bu xırda daşlardan göz oxşayan görünüş əldə edəcəksiniz. 

İllərdir vazkeçilməz trend olan dumanlı göz makiyajı 2023-cü ildə də öz aktuallığını qoruyub saxlayacaq. 

Son zamanlar getdikcə populyarlaşan makiyaj trendlərindən biri də çillərdir. Hazırkı dövrdə saxta çil görünüşü makiyajın bir hissəsinə çevrilib. Bu yay xına ilə hazırlanmış çoxlu çillər görməyə hazır olun.

80-ci illərdə görməyə adət etdiyimiz mavi çalarları 2023-cü ildə yenidən bizə qayıdacaq. Mavi tonları göz makiyajına daxil etməklə, trendi asanlıqla tuta və gözlərinizi ön plana çıxara bilərsiniz.

Keçən mövsüm çoxlu parıltılı dodaq boyaları gördük. Bu “gloss”lar bu il də trendlər arasındadır. Amma 2023-cü ildə daha tünd tonlar ön plana çıxacaq. Çəhrayı rəngindən çox, bir az daha tünd tonlara üstünlük veriləcək. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Sevinc Fərid

Oxşar yazılar

Cins şortları  bu geyimlər əvəz edəcək

Cins şortları bu geyimlər əvəz edəcək

17 iyun 2024 , 10:58
Dünyanın ən uzun gəlinlik  donu tikildi – REKORD

Dünyanın ən uzun gəlinlik donu tikildi – REKORD

7 iyun 2024 , 19:34
 Ən təhlükəli   yay ayaqqabıları AÇIQLANDI

Ən təhlükəli yay ayaqqabıları AÇIQLANDI

3 iyun 2024 , 18:06
Heç vaxt dəbdən düşməyən  TREND

Heç vaxt dəbdən düşməyən TREND

30 may 2024 , 14:26
Yay ayları üçün ən dəbli paltarlar  açıqlandı

Yay ayları üçün ən dəbli paltarlar açıqlandı

29 may 2024 , 08:09
Düzgün makiyajla cavanlaşmağın yolu

Düzgün makiyajla cavanlaşmağın yolu

24 may 2024 , 17:39
Dünyanın  ən bahalı   beş dodaq boyası - Milyon dollar...

Dünyanın ən bahalı beş dodaq boyası - Milyon dollar...

16 may 2024 , 18:56
Əbədi dəbdə  olan paltarlar AÇIQLANDI

Əbədi dəbdə olan paltarlar AÇIQLANDI

5 may 2024 , 15:27