Yay paltarlarını qışda geyinməyin YOLLARI  - FOTO
13 oktyabr 2022 10:34 (UTC +04:00)

Yay paltarlarını qışda geyinməyin YOLLARI - FOTO

Havalar soyumağa başladığı üçün qarderobumuzdakı yay paltarlarımızı qış geyimləri ilə əvəz edirik. Amma təbii ki, buna məcbur deyilsiniz. Elə yay paltarları var ki, xırda əlavələrlə onları qışda da geyinə bilərsiniz. Aldığınız paltarların sayını azaltmaqla, həmçinin büdcənizə də qənaət etmiş olarsınız. Tək qalın geyimdənsə, qat-qat geyinmək temperaturdan asılı olaraq daha rahat etməyinizə imkan yaradacaq. Buna görə yay geyimlərinizi şkafınızın dərinliyinə qoymazdan əvvəl bir daha düşünüb, onları qiymətləndirməyin yollarına nəzər salın. 

Lent.az xarici KİV-ə istinadən yay paltarlarını qışda da kombin edərək geyinməyin bir neçə yolunu sizə təqdim edir: 

Atlas donlar

Dəridən sürüşən materialı və zərifliyi ilə yayda tez-tez atlaz paltarlarla qarşılaşırıq. Amma bu geyimləri yığışdırmağa tələsməyin. Çünki hələ də onları geyinə bilərsiniz. Qara və ağ rənglərin yaxşı uyğunlaşdığı atlaz paltarların altından dar boğazlı trikotaj geyinin. Bundan əlavə, onu köhnəlmiş sviterlə də tamamlaya bilərsiniz. Uzun corablar və çəkmələrlə birləşəndə isə ortaya möhtəşəm görüntü çıxacaq. 

Yırtıq cins şalvarlar

Hər sezon dəbdən düşməyən bu şalvarları soyuq havalarda da geyinmək mümkündür. Şalvarınızı sviterinizə uyğun rəngdə və ya naxışlı kapron corabla geyinməklə kombininizi tamamlaya bilərsiniz. 

Çiçəkli paltarlar

Yayda geyinməyə doymadığınız çiçəkli donlarınız varsa, onları uzun çəkmələr və uzun palto ilə tamamlayın. Qışı bu tərzdə rahat bir şəkildə keçirə bilərsiniz. 

Ətəklər və “T-shirt”lər

Yayın ən asan və şıq kombinini qışda da rahatlıqla geyinə bilərsiniz. Bunun üçün tişörtün içinə uzun qollu bir köynək geyinib və qalın corablarla tərzinizə  nostalji bir hava qatın.  

“Oversize” köynəklər 

Kiçik “crop”larla kombin etdiyiniz “Oversize” köynəkləri qışda sviterlərin altından rahatlıqla geyinərək istifadə edə bilərsiniz. 

Midi ətəklər

Hündür çəkmələrinizlə geyindiyiniz midi ətəkləri çox az görünən corablarla istifadə edin.  Daha sonra stilinizi tamamlayan “oversize” sviterlərlə həm modern, həm də nostalji bir görünüm yaradacaqsınız.  

“Crop”lar

Son zamanlar yüksəlişdə olan hörgülü “crop”lar qalın qış paltarları ilə tamamlandıqda çox tərz və şıq görünəcəksiniz. 


 

# 3246
avatar

Sevinc Fərid

Oxşar yazılar